“Bu liderlər əsl kişi xarakteri nümayiş etdirirlər və əyilmirlər”- PUTİN

“Rusiya Federasiyası özünün çoxsaylı müttəfiqlərinin və həmfikirlərinin dəstəyini yüksək qiymətləndirir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Ordu-2022” forumunda çıxışı zamanı bildirib.

“Ölkəmizin müxtəlif qitələrdə çoxlu müttəfiqləri, tərəfdaşları, həmfikirləri olması faktını yüksək qiymətləndiririk. Bunlar hegemon deyilən dövlətin qarşısında əyilməyən dövlətlərdir. Onların liderləri əsl kişi xarakteri nümayiş etdirirlər və əyilmirlər”, – deyən Putin bu ölkələrin suveren və müstəqil inkişaf yolu seçdiyini, çoxqütblü dünyanın qorunmasına öz töhfəsini vermək arzusunda olduqlarını diqqətə çatdırıb.

Putin Rusiya ordusunun Donbasdakı fəaliyyətini də yüksək qiymətləndirib: “Xalqımız öz ordusu və donanması, müdafiəçilərinin peşəkarlığı və cəsarəti ilə fəxr edir. Və bu gün xüsusi hərbi əməliyyat zamanı əsgərlərimiz Donbas döyüşçüləri ilə birlikdə öz borclarını şərəflə yerinə yetirir. Rusiya uğrunda, Donetsk və Luqanskda  dinc həyat uğrunda döyüşür, qarşıya qoyulan bütün vəzifələri aydın şəkildə yerinə yetirirlər. Donbas torpaqlarını addım-addım azad edirlər. Təbii ki, mən bir daha rus silah ustalarına ordu və donanmanı müasir silahlarla təchiz etdiklərinə görə təşəkkür etmək istəyirəm. Onlar bu gün qələbəyə xidmət edirlər”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.