“ABŞ Ukraynadakı münaqişəni uzatmağa çalışır və dayanmayacaq”- PUTİN

“Ukraynadakı vəziyyət göstərir ki, ABŞ bu münaqişəni uzatmağa çalışır. Onlar eyni şəkildə hərəkət edərək Asiya, Afrika və Latın Amerikasında münaqişə potensialını gücləndirirlər. Bildiyiniz kimi, bu yaxınlarda ABŞ növbəti dəfə qəsdən odun üstünə yağ tökməyə və Asiya-Sakit Okean regionunda vəziyyəti qızışdırmağa cəhd etdi”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə 10-cu Moskva Konfransında bildirib.

Putin hesab edir ki, Birləşmiş Ştatlar öz üstünlüyünü qorumaq üçün dayanmayacaq: “Onlara hegemonluqlarını qorumaq üçün münaqişələr lazımdır. Məhz buna görə də Ukrayna xalqının taleyi ilı oynayıb anti-Rusiya layihəsini həyata keçirdilər, neonasist ideologiyasının yayılmasına, Donbas sakinlərinin qırğınlarına göz yumdular. İndi də Kiyev rejimini ağır silahlarla yükləyirlər”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.