“Mimino” konsertdən yığılan pulunu Ukrayna Ordusu üçün xərcləyib

Əfsanəvi gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidze iyulun 19-da Batumidə təşkil olunmuş konsertindən əldə etdiyi bütün gəliri Ukrayna Silahlı Qüvvələrinə xərcləyib.

Bu barədə sənətçi “Mtavari” telekanalına müsahibəsində deyib.

Bildirib ki, V. Kikabidze konsertdən yığılan pula içərisi quru yeməklərlə dolu olan mikroavtobus alıb. Mikroavtobus 26 saylı artilleriya briqadasına təhvil verilib.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.