“Azərbaycanda xarici kapitallı 15 mindən çox şirkət qeydiyyata alınıb, onlardan 200-ü Qazaxıstan kapitallıdır”.
“APA-Economics” xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov Qazaxıstan-Azərbaycan işgüzar şurasının birinci iclasında deyib.
O bildirib ki, KOBİA azad edilmiş ərazilərdə biznes fəaliyyəti üçün xarici şirkətlərdən 1 100-dən çox müraciət alıb. Onlardan 65 faizi Qazaxıstanın payına düşür.