Gömrük Komitəsində anti-korrupsiya əməliyyatı keçirilib

Dövlət Gömrük Komitəsində daha bir anti-korrupsiya əməliyyatı keçirilib.

Azpost.info bildirir ki, Gununsesi.info-nun özəl mənbədən əldə etdiyi məlumata görə, bu dəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.

Bu saatlarda keçirilən əməliyyat Cənub Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.