TƏBİB Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zəngilan rayonunun Ağalı kəndinə növbəti mərhələdə köçürülən ailələrin tibbi müayinələrinə başlayıb.

TƏBİB-dən verilən məlumata görə, tibbi müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanası, Bakının Nərimanov rayonunda yerləşən 2 nömrəli Şəhər Poliklinikası və Sabunçu rayonundakı 12 saylı Şəhər Poliklinikasında aparılır.

Ümumilikdə, 125 nəfər olmaqla 25 ailənin biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri həyata keçirilir.

Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır.

Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürüləcək şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.