Lerikdə qəzada ölən şəxslərin adları məlum olub –-SİYAHI

Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində ölən və yaralananların adları məlum olub.

Qəza zamanı xəsarət alanlar Boladi kənd sakinləri: – Səyyadov Səyad Hacıbala oğlu (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızı (1959), Ağayeva Şəfiqə Rəhim qızı, Səyyadova Zəhra Rəhim qızı (1960), Axundova Lətifə Zaman qızıdır (1953).

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.

Lerik rayonunda baş verən ağır yol qəzası zamanı hələak olan şəxslərin adları məlum olub.

Qəzada Göyşaban kənd sakini, Xəlilova Dilarə İslam qızı, digərləri Boladi kənd sakinləri – Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı vəfat edib.

 

Xəstəxanadan aldığımız məlumata görə, hazırda 8 yaralıdan sürücü, Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb, reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da, stabilləşməyə doğru gedir.

Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib. (Report)

Faktla bağlı araşdırma aparılır.

 

 

Əvvəlki məqalə

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Sonrakı məqalə

Sabah Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq