Əmək Məcəlləsinə dəyişiklik edilir- DETALLAR

Məlum olduğu kimi, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi aktual məsəllərdən biridir. Bu günlərdə dövlət başçısının qanunvericilik təşəbbüsü hüququ ilə Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində bu məsələ öz əksini tapıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, ölkəmizin uğurlu inkişafının əsaslarından biri müasir texnologiyaların imkanlarından istifadə etməklə vətəndaşların bilik və bacarıqlarının artırılması yolu ilə yüksək peşəkarlığa malik kadr potensialının yaradılmasıdır. Məcəllədəki dəyişikliklər də məhz bu sahədə müasir əmək bazarının mövcud resurslarından məqsədyönlü istifadə edilməsinin hüquqi tənzimlənməsini nəzərdə tutur.

Təklif olunan dəyişikliklər nəticəsində iş yerlərində işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması stimullaşdırılacaq(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.