BVF ərzaq qiymətlərinin artması ilə əlaqədar yardım proqramı hazırlayır

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynadakı müharibə səbəbindən ərzaq qiymətlərinin artması ilə üzləşən ölkələr üçün təcili maliyyələşdirmə proqramı hazırlayır.

Azpost.info xəbər verir ki, “Reuters” BVF idarə heyətinin bunu sentyabrın 12-də müzakirə edəcəyini yazıb.

Proqram Ukraynaya və Rusiyanın başlatdığı müharibənin iqtisadi nəticələrindən əziyyət çəkən digər ölkələrə kömək etmək üçün nəzərdə tutulub. Eyni zamanda, layihədə yerinə yetirilməli olan şərtlərin qoyulması nəzərdə tutulmur. Yardımın miqyası və konkret fəaliyyətləri açıqlanmayıb.

Proqrama dəstək üçün rəsmi səsvermə oktyabrda keçiriləcək.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.