“Ermənistan artıq yuxulardan ayılmalıdır!”- Prezidentin köməkçisi

“Ermənistanda həqiqi sülh tərəfdarları çoxluq təşkil etməyənə qədər region daim müharibə təhlükəsi altında qalacaq”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Twitter“ hesabındakı paylaşımda qeyd edib.

“Allah şəhidlərimizə rəhmət eləsin! Ermənistanda həqiqi sülh tərəfdarları çoxluq təşkil etməyənə qədər region daim müharibə təhlükəsi altında qalacaq. Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur! Ermənistan artıq yuxulardan ayılmalıdır!”, – Prezidentin köməkçisi bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.