Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində ikitərəfli danışıqlara başlayıblar.
Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rəsmi görüşdə Rusiya və Türkiyə prezidentlərinin qlobal və regional problemləri, o cümlədən Ukrayna və Donbasdakı vəziyyəti, İstanbul taxıl sazişinin icrasını, həmçinin Suriya və Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün səylərin əlaqələndirilməsini müzakirə edəcəyi gözlənilir.
Azpost.info