Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb- SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əvvəlki məqalə

Prezident BP-nin regional prezidentinu “Dostluq” ordeni ilə təltif edib

Sonrakı məqalə

Azərbaycanın neft sənayesi işçiləri təltif edilib