Fikrət Cəfərli “Tərtər işi” ilə bağlı yaradılmış istintaq qrupunun rəhbəri ilə görüşüb

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nin rəhbəri Fikrət Cəfərli Baş Prokurorluğda “Tərtər işi” ilə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Qasım Məmmədovla görüşüb.

Azpost.info bildirir ki, bu barədə qurumun rəhbəri F.Cəfərli məlumat verib. Onun sözlərinə görə, Tərtər cinayətləri zamanı insanlığa sığmayan işgəncə və bir çox epizodları müzakirə etdik: “Qasım müəllimlə aparılan müzakirə məndə “Tərtər işi” ilə bağlı yaxın zamanda ciddi gəlişmə olacağına ümüd yaratdı“-deyə F.Cəfərli vurğulayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.