Putin Kadırova general-polkovnik rütbəsi verdi - "Xəbəri şəxsən özü verdi və təbrik etdi”

Çeçenistan lideri Ramzan Kadırov ad günündə general-polkovnik rütbəsi aldığını açıqlayıb.

Azpost.info xəbər verir ki, Kadırov bunu öz “Teleqram” kanalında yazıb.

“Sizinlə daha bir xoş xəbəri bölüşmək istəyirəm. Rusiya prezidenti Vladimir Putin mənə general-polkovnik rütbəsi verib. Bu barədə mənə şəxsən Vladimir Vladimiroviç məlumat verdi və məni təbrik etdi”, – Kadırov qeyd edib.

Çeçenistan rəhbəri Rusiya prezidentinə təşəkkür edib və bunu özü üçün böyük şərəf adlandırıb: “Söz verirəm ki, göstərilən etimadı doğruldacağam”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.