Yol qəzasında yaralanmış “Göyçay” qəzetinin baş redaktoru vəfat edib

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan baş redaktor vəfat edib.

APA-nın əldə etdiyi xəbərə görə, “Göyçay” qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlu həkimlərin səyinə baxmayaraq, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 20-də Abdulla Əliyevin idarə etdiyi “Lada” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Qəza nəticəsində Abdulla Əliyev ağır, avtomobildə olan ailə üzvləri isə yüngül dərəcəli bədən xəsarətləri alıblar.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.