“Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularındandır və biz bu şansdan səmərəli istifadə edirik”- Zakir Həsənov

Türkiyə hərbi qulluqçularını ölkəmizdə görməkdən məmnunuq.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Müdafiə naziri vurğulayıb ki, təlimlərdə bütün qoşun növləri vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər.

Nazir qeyd edib ki, 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir: “Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət – iki dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə – Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə – Azərbaycan qardaşlığı!”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.