ABŞ-ın Yuta ştatındakı fərdi yaşayış evlərindən birində 8 meyit tapılıb.
TASS-ın xəbərinə görə, bu barədə NBC kanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Meyitlərdən 5-i uşaqlara, 3-ü isə böyüklərə məxsusdur. İlkin ehtimala görə, onlar atışma nəticəsində öldürülüb.
Hazırda araşdırma aparılır.