“Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum bizi dərindən kədərləndirir”- Fransa səfiri

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

APA xəbər verir ki, bununla bağlı fransalı diplomat “Twitter“də paylaşım edib.

“Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum bizi dərindən kədərləndirir. Fransanın Azərbaycandakı səfirliyi adından Azərbaycan XİN-dəki həmkarlarıma və Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm”, səfir bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.