Ötən il 2 nəfər prokurorluq orqanlarından xaric olunub –8 nəfər vəzifədən çıxarılıb /RƏSMİ

2022-ci ildə  xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 33 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Azpost.info bildirir ki, bu sözləri Baş Prokuror Kamran Əliyev Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2022-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışı zamanı bildirib.

Baş Prokurorun sözlərinə görə, onlardan 2-i prokurorluq orqanlarından xaric edilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 22 nəfərə töhmət və ya şiddətli töhmət, 1 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilmişdir.

Hesabat dövründə prokurorluq orqanlarına daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə müraciətlərin 8874-nün tam və qismən təmin olunması, həmçinin Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətlərdən 565-nin cinayət xarakterli məlumat kimi araşdırılması vətəndaş məmnunluğunun təmin olunması üzrə həyata keçirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilmişdir.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.