İranın hərbi zavodlarına dron hucumlarının arxasında İsrail durur.
Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın rəsmi nümayəndəsi bazar günü bildirib. Xəbəri “Röyter” Agentliyi yayıb.
Anonim qalmasını istəyən ABŞ rəsmilərindən biri “Röyter”ə bildirib ki, bu hucumu İsrail təşkil edib. Digər rəsmi şəxslər şərh verməkdən imtina ediblər, onlar bildiriblər ki, Vaşinqtonun bu hucumda heç bir rolu yoxdur.
Pentaqonun rəsmi nümayəndəsi Patrik Rayder bildirib ki, ABŞ silahlı qüvvələri İrana hucumda iştirak etməyib.
İsrailin bu hucumda rolu barədə ilk dəfə Wall Street Journal yazıb. Qəzet bir neçə mötəbər mənbələri əsasında bu xəbəri yayıb.
Azpost.info