“Amnistiyanın veriləcəyi real görünmür” –Əfv Komissiyasının üzvü

“Bu il amnistiyanın veriləcəyi ehtimalı real görünmür”.

Bu barədə Azpost.info-ya Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

O əlavə edib ki, 2021-ci ilin noyabr ayında Milli Məclis amnistiya aktı qəbul edib, ötən ilin mart ayında isə bu aktın icra müddəti başa çatıb. “Ona görə də bu il yenidən amnistiya olacağı inandırıcı görünmür. Belə tez-tez amnistiya aktı qəbul edilməsi praktikada da yoxdur. Amnisitiya adətən 4-5 ildən bir olur. Şəxsi qənaətim bundan ibarətdir ki, amnistiya olmayacaq.”

 

Əfv sərəncamına gəlincə, komissiya üzvü deyib ki, indiyə qədər 400-ə yaxın ərizəyə baxılıb: “May ayına qədər ərizələrə baxılması prosesi davam edəcək. İnşallah, may ayında ulu öndərin 100 illiyi bağlı əfv sərəncamı gözlənilir. Amma təbii ki, bu məsələ yenə də Prezidentin səlahiyyətlətinə aiddir”.

H.ABBAS

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.