“McDonalds” şirkəti cərimələnə bilər –Gömrük Komitəsi məhkəməyə müraciət etdi

Dövlət Gömrük Komitəsi “McDonalds” Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati protokol tərtib edib.

Azpost.info xəbər verir ki, şirkət İnzibati Xətalar Məclləsinin 485.2-ci maddəsi (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) ilə ittiham olunur.

Bu maddədə vəzifəli şəxslərin min manat, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

İş artıq baxılması üçün Səbayel Rayon Məhkəməsinin hakimi göndərilib və hakim Azər Tağıyevin icraatına verilib.

“McDonalds” şirkəti dünya çapında tanınan ictimai iaşə brendlərindən biridir. Şirkət 1955-ci ildə ABŞ-da yaradılıb. Hazırda 100-dən çox ölkədə 36 000-dən çox restoranı var.

“McDonalds Azərbaycan” QSC 1 mart 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 845 000 AZN olan QSC-nin qanuni təmsilçisi Oskar Boqopolskiy Vadimoviçdir.

Abbas

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.