Bakıda 4 marşrutun hərəkət sxemi dəyişdirilir- BNA

Fevralın 5-i saat 09:00-dan saat 16:00-dək Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospektində əsas yoldan təşkil ediləcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.