Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Laçın-Xankəndi yolundan RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb. (APA)
Xankəndidən gələn RSK-ya məxsus daha iki minik avtomobili aksiya keçirilən ərazidən Laçın istiqamətinə keçid edib.