45 yaşlı azərbaycanlı “qanuni oğru” Rusiyada 23 illik həbsə göndərilir –FOTO

Azərbaycanlı “qanuni oğru” Rəşad İsmayılov (Rəşad Gəncinski) 23 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.

Azpost.info xəbər verir ki, bu barədə prokuror Moskva Şəhər Məhkəməsinə müvafiq sorğu göndərib.

Rəşad Gəncinski kriminal iyerarxiyada yüksək yer tutmaqda ittiham edilir.

Məlumat üçün deyək ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsinə “qanuni oğrular” üçün xüsusi maddə əlavə edilib. Həmin maddədə “qanuni oğru” olduqları sübuta yetirilən şəxslər uzun müddətli həbsə məhkum edilir. Rəşad İsmayılovun da “qanuni oğru” titulu daşıdığı məlum olub. Bundan başqa, azərbaycanlı “qanuni oğru” 2009-cu ildə Moskvadakı bazarlardan biri uğrunda mübarizədə rəqiblərini güllələməkdə ittiham edilir.

 

Gəncinski bu ittihamı rədd edib.

Rəşad Gəncinski” 1978-ci il martın 16-da Gəncədə anadan olub. Bir neçə dəfə Rusiya həbsxanalarında qısamüddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ilin fevralında Moskvada keçirilən “sxodka”da ona “qanuni oğru” titulu verilib. Həmin toplantıda nüfuzlu azərbaycanlı “qanuni oğru”lar Vaqif Süleymanov (“Vaqif Diplomat”), Əlibaba Həmidov (“Qoca Yasamalski” öldürülüb), Arif Mehdiyev (“Arif Sumqayitski”), Yunus Nəzərov (“Yunus Yasamalski”), Baxış Əliyev (“Vaxa”) iştirak edib.

Abbas

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.