Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Daairəsi üzrə maliyyə təminatı rəisi Marina Yankinanın meyiti tapılıb.
Azpost.info bildirir ki, o fevralın 15-də Sankt-Peterburqda yaşadağığı çoxmərtəbəli binadan yıxılaraq həlak olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları Yankinanın yaşadığı 16-cı mərtəbənin balkonunda ona məxsus əşyları tapblar. Polis onun intihar etdiyini guman edir.
Rusiya prokurorunun müşaviri Nataliya Poklonskya isə deyib ki, Marina Yankina pəncərəni silmək istəyərkən ölüb.
Müdafiə Nazirliyindən əvvəl Yankina Federal Vergi Xidmətində çalışıb. Buna qədər isə Peterburq meriyasında əmlak məsələləri üzrə komitənin sədr müavini olub.