“İstedadlı uşaqlar məcburən klounluq edir, əyri-üyrülər teatrda oynayır” –Əməkdar artist Gülşad Baxşıyeva

“Elə bir dövrdür ki, təhsil hamı üçün önəmlidir. Bura gələn kimi tələbə ilə tamaşa hazırlamırıq. Adi, bəsit işlərdən başlayıb mürəkkəbə doğru gedirik. Mədəniyyət İncəsənət Universitetində istedad vermirik, istedadın üzə çıxmasına yardım edirik, doğru yol göstəririk”.

Bu sözləri “ATV səhər”ə açıqlamasında Əməkdar artist Gülşad Baxşıyeva deyib.

O, teatr və kino sahəsindəki problemlərdən söz açıb: “Əlbəttə təhsil lazımdır. Onun tərafdarı deyiləm ki, kortəbii şəkildə birbaşa məktəbdən səhnəyə getsin. Bu kinoda ola bilər. Kimsə desə ki, İncəsənət universitetində heç nə öyrənmədim, günah onun özündədir. Həqiqətən istedadlı uşaqlar teatra yola tapa bilmirlər. Amma axsayanlar, əyri-üyrülər hansısa yollarla gedib tamaşada oynayırlar.

Əvvəlki kursumda fitri istedadlar var idi. Orada İsmayıl Osmanlı, Əliağa Ağayevdən artığı, Ağasadıq Gəraybəylisi, bir sözlə möhtəşəm aktyorların əvəzedicisi var idi. Onlar hazırda teatrda deyillər, klounluq edirlər. Çünki hansı teatra üz tutdular, birinə dedilər ki, sənin nə qədər boyun var?

Həqiqətən istedadlı idi. Gənc Tamaşaçılar teatrına getdi, direktoru dedi ki, bu boyunla sənə nə rol verəcəklər? Zürafə? Biri “AzDrama”ya getmişdi, ona da boyunun uzun olduğunu demişdilər. Söylədim ki, oğul, düz deyir də, hərhalda onlar balaca uşaqlar istəyirlər”. (Olay.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.