Azərbaycanın Avropa Şurasındakı sabiq səfiri axtarışa  verilib

Azərbaycanın Avropa Şurasındakı sabiq səfiri Arif Məmmədov axtarışa  verilib.

Azpost.info bildirir ki, bu barədə elan Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib.

Axtarış dosyesində 1964-cü il təvəllüdlü Məmmədov Arif Zahid oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə – külli miqdarda törədildikdə) maddəsi ilə axtarış elan edildiyi qeyd olunub.

A.Məmmədov 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb. Vəzifədən kənarlaşdırıldıqdan sonra Belçika Krallığından siyasi sığınacaq alıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.