Bakı dairəvi dəmir yolu açılır –Cavid Qurbanov açıqladı

“Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq”.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, bununla bağlı bəzi çatışmazlıqlar var idi: “Biz bunun üçün ölkə Prezidentinə müraciət etdik. Yolun bir tərəfi Biləcəridən başlayır. Xırdalan, Sumqayıt, Pirşağı, Zabrat-I, Zabrat -II, Sabunçu, Bakıxanov, Koroğlu istiqamətində elektrik qatarlarının xidmətindən istifadə etmək olacaq. Bu dairə təxminən 92 kilometrdir”.

Sədr əlavə edib ki, son illərdə 1000 km-ə yaxın dəmir yolu təmir olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir