Rəşad Dağlının həbs müddətinin uzadılması üçün təqdimat verilib

Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib.

İstintaq orqanı tərəfindən göndərilən təqdimata Qaradağ Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Rəşad Dağlı əvvəldən tanıdığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib. (APA)

Əvvəlki məqalə

“Azərsu” 72 mln. dollarlıq layihəni səmərəsiz icra edib”

Sonrakı məqalə

Blinken Ukrayna XİN rəhbəri ilə danışıb