Bakıda atışmada yaralananlardan biri Tibb Universitetinin tələbəsidir

Bu gün Bakıda atışmada yaralananlardan biri Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Azpost.info xəbər verir ki, bu barədə universitetin mətbuat katibi Günel Aslanova “Facebook”da bildirilib.

“Təəssüf hissi ilə bildiririk ki, bu gün Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb. Adıçəkilən tələbə 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri 12-də bitdikdən sonra universitetdən çıxıb” – məlumatda qeyd edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.