Zaqatalada evdə dava düşdü, kişi arvadını tüfənglə öldürdü

Martın 17-da saat 09 radələrində Zaqatala şəhərində Firəngiz Yusifovanın ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  bildirilib ki cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb.

Araşdırma aparılır.

Əvvəlki məqalə

“Siyavuş Aslan məni pulsuz-parasız məktəbə düzəltdi” –

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri