Daşkəsəndə 86 yaşlı kişi və 77 yaşlı arvadı öldürən şəxs tutuldu

Daşkəsən rayonunda qətl hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovanın küt alətlə qətlə yetirilmələri məlum olub.

Daşkəsəndə ər və arvadı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Xəbərə görə, qətli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Daşkəsən rayonu Mədənçilər qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.