“İran sülh bağlamaq istədiyinə görə Paşinyanı devirmək istəyirdi” –ZAHİD ORUC

“İran parlamentinin ölkəmizə qarşı bəyanatı son 3 ildə dini və hərbi rəhbərliyin hücumuna bütün dövlət hakimiyyətinin qoşulması deməkdir. İran-Azərbaycan münasibətləri 1991-93-cü illəri çıxsaq, ən aşağı səviyyəyə düşüb”.

Bunu Milli Məclisin deputatı Zahid Oruc bugünkü plenar iclasda çıxışı zamanı deyib.

“İran məclisi İslam Əməkdaşlığı Təşkilatına müraciət edir ki, ölkəmizin İsraillə münasibətlərinə maneə olsun. Birincisi, məğlub Azərbaycan İran üçün təhlükəsiz idi, məğlub Azərbaycan onlara daha çox sərf edirdi. İkincisi, Zəngəzur dəhlizinin açılmasına Ermənistan razılıq vermişdi, iki dövlət təzyiq göstərəndən sonra imtina etdi. “Məni hansı aqibət gözləsə də, sülh müqaviləsini imzalayacam” deyən Paşinyanı devirməyə qalxanlardan biri də İran idi. Buna görə İran Paşinyana ultimatum verdi”, – deyə Zahid Oruc əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.