İsmayıllıda 24 yaşlı oğlan intihar edib

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Talıstan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb. Baş nahiyəsindən güllə yarası alan Məhəmməd Musayev hadisə yerində dünyasını dəyişib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. 24 yaşlı oğlanın özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.