ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə çox uğurlu söhbət apardığını və danışıqlar zamanı Rusiyanın ABŞ və dünya bazarlarına dərhal 300 min tondan çox dizel yanacağı tədarük etməsi barədə razılıq əldə olunduğunu bildirib. Onun sözlərinə görə, noyabr ayı ərzində daha 500 min ton, bundan dərhal sonra isə 1 milyon ton dizel yanacağı tədarük ediləcək.
Tramp bu barədə özünün Truth Social sosial şəbəkə hesabında paylaşım edib.
“Bundan əlavə, neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, Rusiya qısa müddət ərzində 3 milyon ton dizel yanacağı tədarük edəcək.
Hörmüz boğazı üzərində TAM NƏZARƏTİMİZ və Rusiyanın enerji təchizatı ilə bağlı bu mühüm bəyanat sayəsində amerikalılar və, əlbəttə ki, bütün dünya üçün dizel yanacağının qiymətləri SÜRƏTLƏ və REKORD SƏVİYYƏDƏ AŞAĞI DÜŞƏCƏK!
Amerikalılar, xüsusilə də bizim əla fermerlərimiz, heyvandarlıqla məşğul olan fermerlərimiz və yük maşını sürücülərimiz üçün qiymətlərin aşağı salınması mənim əsas prioritetimdir. Bu, çox mühüm və əhəmiyyətli bəyanatdır. Bundan əlavə, başa düşmək lazımdır ki, İran nüvə silahına sahib olmayacaq!” – deyə Tramp qeyd edib.