Gəncədə 18 yaşlı qız bıçaq xəsarəti alıb

Gəncədə qadın çiynindən bıçaq xəsarəti alıb.

Hadisə şəhərin Gəncəvi küçəsində qeydə alınıb.

Şəhər sakini – 2005-ci il təvəllüdlü S.Əlizadə çiyin nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 18 yaşlı gənc qadın özünə bıçaqla xəsarət yetirib. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.