Büdcədə 8 milyard manat profisit yaranıb

2023-cü ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 15557,7 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7597,4 milyon manat və ya 95,4 faiz çoxdur.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, icmal büdcənin xərcləri isə 7487,9 milyon manat icra olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1178,8 milyon manat və ya 18,7 faiz çoxdur. İcmal büdcədə 8069,8 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.