Rasim Balayev nazirdən bu xahişi etdi

“Mədəniyyət Nazirliyindən xahiş edirəm, ildə çox yox, heç olmasa 4 kino adamı təhsil üçün xarici ölkəyə göndərilsin”.

Bunu Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Rasim Balayev deyib:

Onun sözlərinə görə, vaxtilə Türkiyə kinosu da inkişaf etməmişdi, amma xaricdə təhsil və daha da professionallaşmanın nəticəsində bu gün vəziyyət yaxşıdır.

Rasim Balayev çıxışı zamanı milli filmlərin çəkilməsinin əhəmiyyətindən danışıb, dramaturqların yetişdirilməli olduğunu vurğulayıb.

“Kino Agentliyi yaradılacaq. Mən ora seçilmək istəmirəm. Amma çox xahiş edirəm, oraya ölkəsini sevən, kinomuzu bilən adamları toplaşsın”, – deyə o qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.