Qaxda 58 yaşlı qadın intihar edib

Qaxda 58 yaşlı qadın intihar edib.

Hadisə ötən gün axşam saat 19 radələrində rayonun Güllük kəndində baş verib.
Kənd sakini 58 yaşlı Rübabə Məmmədovanın meyiti yaşadığı evin həyatyanı sahəsindəki yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı R. Məmmədovanın intihar etdiyi məlum olub.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.