Bakıda 5 maşın toqquşdu, biri yandı –Xəsarət alanlar var /FOTOLAR

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Mercedes”, “Skoda” və “Daewoo” markalı minik avtomobilləri yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Daewoo” markalı avtomobil yanıb. Qəza nəticəsində “VAZ-2107” deformasiyaya uğrayıb.

İlkin məlumata görə, zəncirvari qəzada üç nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.