Qazaxıstanda qaz emalı zavodunda güclü yanğın olub

Qazaxıstanın qərbindəki Janajol qaz-kondensat yatağında yanğın baş verib.
Bu barədə REN TV məlumat yayıb.
Yanğın qaz emalı zavodunun ərazisindəki yüngül karbohidrogenlərin istehsalı zavodunda başlayıb.
Dörd işçi ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti stabildir.
Hadisənin səbəbləri araşdırılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.