“Bəzi sosial media hesablarında Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı yayılan iddiaların həqiqətə uyğun olmadığını bildiririk”.
TRT-nin məlumatına görə, bu sözlər Türkiyənin Kommunikasiya Müdirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzinin (DMM) yaydığı məlumatda yer alıb:
“Prezident Rəcəb Tayyib Ərdoğanın sağlamlıq durumu ilə bağlı irəli sürülən iddialar qətiyyən doğru deyil. Məqsədli və əsassız iddialara inanmayın. Bunun məqsədi ictimaiyyəti manipulyasiya etməkdir”.