“Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Vanda Jozef Pilsudskinin qardaşı qızı deyil“.
Azpost bildirir ki, bu sözləri HafizTimes.com saytına müshaibəsində Polşanın müstəqillik savaşının lideri və prezidenti, marşal Yozef Pilsudskinin nəvəsi Coanna Jaraczevskaya bildirib.
“Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Vanda Rozanska idi. O qətiyyən, Jozef Pilsudskinin qardaşı qızı deyildi. Bunu göndərdiyiniz foto da təsdiqləyir. Təəssüf ki, biz Vanda Rozanskanın kim olduğunu araşdırmırıq və onun ailəsi ilə bizim heç bir əlaqəmiz yoxdur”-deyə ailə üzvləri deyiblər.
Məhəmməd Əmin Rəsulzadənin Pilsudski ailəsi ilə münasibətləri barədə danışan Coannanın qızı Danuta Onyszkievicz vurğulayıb ki, dövlət arxivində, həmçinin muzeydə Yozef Pilsudskinin şəxsi yazışmaları var: “Onların çox yaxın əlaqələri olub, bir-birinə hörmət ediblər. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətinin qurucusu olub. Siz də həmin sənədləri, məktubları əldə edib oxuya bilərsiniz”.
Pisudskinin ailə üzvləri heç vaxt Azərbaycanda olmadıqlarını deyiblər: “Amma paytaxt Bakını görmək istərdik”.
Yozef Pilsudskinin nəvəsi olan Coanna Jaraczevska ixtisasca memardır. Onun qızı Danuta Onyszkievicz antropoloqdur.