Tbilisidə azərbaycanlı iş adamına silahlı hücum olub

Tbilisidəki “Lilo Mall” ticarət mərkəzində silahlı hücuma məruz qalan iş adamı etnik azərbaycanlı Roman İsayevdir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb.

Bildirilib ki, başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.

Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib.

Faktla bağlı cinayət işi açılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.