Nicat Abasov Karlsenlə ilk görüşdən məğlub ayrılıb

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib.

28 yaşlı qrosmeyster bu raundda norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. Güclü rəqibinə qarşı qara fiqurlarla oynayan şahmatçımız ilk dueldən məğlub ayrılıb.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Dommaracu Qukeşi üstələyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.