Əziz dostum və qardaşım İlham Əliyevlə Qarabağa, Füzuliyə səfər böyük arzularımdan biri idi- Özbəkistan Prezidenti

“Əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi”.

Bunu avqustun 23-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşdə deyib.

Ətraflı
Şavkat Mirziyoyev bu Qələbə üçün Azərbaycan Prezidentinin çiyninə çətin vəzifələr düşdüyünü bildirib: “Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.