“700 km uzaqlıqdakı hədəfi vuran uzaqmənzilli silahı uğurla sınaqdan keçirdik”- ZELENSKİ

Ukraynada sərhəddən 700 km uzaqlıqdakı hədəfi uğurla vuran uzaqmənzilli silahlar hazırlanıb.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Ukraynanın Strateji Sənaye Nazirliyi öz istehsalı haqqında məlumat verdi. Uzaqmənzilli silahlarımızdan uğurla istifadə edildi: hədəf 700 km məsafədən vuruldu!”, – Zelenski hökumət rəsmiləri ilə iclasdan sonra Teleqram kanalında yazıb.

O, hansı hədəfdən söhbət getdiyini deməyib və təfərrüatları açıqlamayıb.

Ukrayna sərhədindən təxminən 700 km aralıda Pskov şəhəri yerləşir. Avqustun 30-na keçən gecə şəhərdəki hərbi-mülki aerodromda partlayışlar baş vermişdi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.