Ceyhun Bayramov ABŞ-a gedib- BMT Baş Assambleyasının sessiyasında iştirak üçün

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər zamanı Nazir Ceyhun Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.