Depressiya diqqəti azaldır, qərar qəbul etməyə mane olur

Almaniyalı alimlər ağır depressiya ilə düşünmə qabiliyyətinin zəifləməsi və beyində informasiyanın emal sürəti arasında əlaqə olduğunu sübut ediblər.

Araşdırma “Psychological Medicine” elmi jurnalında dərc olunub.

Mütəxəssislər 1484 nəfərin beyin proseslərini tədqiq ediblər. Nəticəyə görə, ağır depressiyada olan iştirakçıların beyin daxilində emal sürəti depressiyada olmayan insanlarla müqayisədə daha zəif gedir. Qənaətə gəlinib ki, depressiya diqqəti azaldır və qərar qəbul etməyə mane olur.

Alimlərin fikrincə, test nəticələri depressiya ilə əlaqəli koqnitiv pozğunluqların sinir əsaslarını ortaya qoyur. (Azərtac)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.